Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 15 180 bəndədək, S&P 500 0,8% - 1 639 bəndədək, Nasdaq 0,8% - 3 452 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında iyunun 17-də FTSE 100 indeksi 0,4% - 6 330 bəndədək, Almaniya DAX-ı 1,1% - 88 216 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 863 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 381,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3357 (-0,1%) dollar təşkil edir.