Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 024 bəndədək, S&P 500 0,6% - 1 613 bəndədək, Nasdaq 0,8% - 3 402 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında iyunun 27-də FTSE 100 indeksi 1,3% - 6 243 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 991 bəndədək, Fransa CAC-40-ı isə 1% - 3 762 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 195 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3064 (+0,2%) dollar təşkil edib.