Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 61,4 mln. dollar məbləğində vəsait 19 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.