Bank Of Baku

ARDNF ilk dörd ayda hərraclarda 1 mlrd. dollardan çox vəsait satıb

ARDNF ilk dörd ayda hərraclarda 1 mlrd. dollardan çox vəsait satıb
# 01 may 2017 09:16 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

 

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 220,8 mln. dollar məbləğində vəsait satılıb.

Xatırladaq ki, ARDNF yanvar-mart ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 793,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 4 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 15,1 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR