Bank Of Baku

ARDNF ilk üç ayda hərraclarda 793,4 mln. dollar satıb

ARDNF ilk üç ayda hərraclarda 793,4 mln. dollar satıb
# 03 aprel 2017 13:48 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 250 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

 

Xatırladaq ki, ARDNF yanvar-fevral ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 3 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 793,4 mln. dollar təşkil edib.

 

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR