Bank Of Baku

Avro manata nisbətdə cüzi bahalaşıb

Avro manata nisbətdə cüzi bahalaşıb
# 27 iyul 2016 07:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 26-sı ilə müqayisədə 0,2% artaraq 1,5787 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,16% möhkəmlənərək 1,7366 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0239 manat səviyyəsinə enib.
 

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,2% azalaraq 0,5192 manat olub.
 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0730 manatdır. Beləliklə, funt sterlinq də 0,3%-lik bahalaşma nümayiş etdirib.
 

Gürcüstan larisinin məzənnəsi də 0,2% artaraq 0,6712 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR