Bank Of Baku

Avro manata qarşı 0,5% ucuzlaşıb

Avro manata qarşı 0,5% ucuzlaşıb
# 15 noyabr 2016 06:22 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,6954 manat təşkil edib.
 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8220 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,77% ucuzlaşaraq 0,0257 manata enib.

 

Türkiyə lirəsinin məzənnəsi isə 0,78% zəifləyərək 0,5162 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1162 manatdır. Beləliklə, funt sterlinq 0,65%-lik azalma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 1% ucuzlaşaraq  0,6799 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR