Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,19% - 17 712,66 bəndədək, S&P 500 0,24% - 2 061,02 bəndədək, NASDAQ 0,57% - 4 891,22 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,76% - 6 907,17 bəndədək, Fransa CAC-40-ı 1,22% - 5 095,47 bəndədək, Almaniya DAX-ı 1,54% - 12 050,74 bəndədək artıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,65% - 19 411,40 bəndədək, Hang Seng 1,51% - 24 855,12 bəndədək, Shanghai 2,59% - 3 786,57 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 11,40 dollar azalaraq 1 189,30 dollara, gümüş isə 0,30 dollar ucuzlaşaraq 16,77 dollara satılıb.