Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,58% - 17 484,53 bəndədək, S&P 500 0,57% - 2 023,57 bəndədək artıb, NASDAQ 0,06% - 4 620,72 bəndədək azalıb.
“APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,32% - 6 539,14 bəndədək, Fransa CAC-40-ı 1,89% - 4 208,12 bəndədək, Almaniya DAX-ı isə 1,63% - 9 315,48 bəndədək bahalaşıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti 3,20 dollar azalaraq 1 142,50 dollar olub.