Bakı. Musa Əhmədov – APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,11% - 17 573,93 bəndədək, S&P 500 0,03% - 2 031,92 bəndədək artıb, NASDAQ 0,13% - 4 632,53 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,25% - 6 567,24 bəndədək artıb, Fransa CAC-40-ı 0,89% - 4 189,89 bəndədək, Almaniya DAX-ı isə 0,91% - 9 291,83 bəndədək ucuzlaşıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti 2,50 dollar artaraq 1172,30 dollar olub.