Bank Of Baku

Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 22 yanvar 2013 07:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 21-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,4% - 6 181 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 749 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 763 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, Avropanın əsas fond indeksləri iki illik maksimuma yaxınlaşır.

 

Amerika fond bazarında yanvarın 21-də Martin Lüter Kinq Günü münasibəti ilə əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günü - yanvarın 18-də Dow Jones indeksi 0,4% - 13 650 bəndədək, S&P 500 0,3% - 1 486 bəndədək, Nasdaq 0,04% - 3 135 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 693,4 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3344 (+0,2%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR