Bank Of Baku

Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 28 may 2013 09:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 27-də Avropa fond bazarlarında Almaniya DAX-ı 0,9% - 8 363 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 995 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, əsasən neft və maliyyə sahəsində çalışan şirkətlərin səhmləri bahalaşıb.


Amerikada mayın 27-i Anım Günü münasibəti ilə iş günü olmayıb. Həmçinin, Böyük Britaniyada da mayın 27-i Bahar Günü ilə əlaqədar iş günü olmayıb. Bu səbəbdən Amerika və Böyük Britaniya fond bazarlarında əməliyyat aparılmayıb. Əvvəlki ticarət günündə Dow Jones indeksi 0,1% - 15 303 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 647 bəndədək, Nasdaq 0,01% - 3 459 bəndədək enib, FTSE 100 indeksi 0,6% - 6 654 bəndədək yüksəlib.


COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 388,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2919 (-0,1%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR