Bank Of Baku

Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 05 iyul 2013 07:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avropa fond bazarlarında iyulun 4-də FTSE 100 indeksi 3,1% - 6 422 bəndədək, Almaniya DAX-ı 2,1% - 7 994 bəndədək, Fransa CAC-40-ı 2,9% - 3 809 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Avropa fond indekslərinin yüksəlməsinə Avropa Birliyi və Böyük Britaniyanın mərkəzi banklarının rəhbərliyinin bəyanatları təsir edib. Bu qurumlar ABŞ-dan fərqli olaraq iqtisadiyyatın stimullaşdırılması proqramlarının dayandırılması məsələsinin gündəmdə olmadığını vurğulayır.

 

Qeyd edək ki, iyulun 4-də Müstəqillik Günü ilə əlaqədar Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günü nəticəsində isə Dow Jones indeksi 0,4% - 14 989 bəndədək, S&P 500 0,1% - 1 615 bəndədək, Nasdaq 0,3% - 3 444 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 243,4 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2901 (-0,1%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR