Bank Of Baku

Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 03 sentyabr 2013 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avropa fond bazarlarında sentyabrın 2-də FTSE 100 indeksi 1,5% - 6 506 bəndədək, Almaniya DAX-ı 1,7% - 8 244 bəndədək, Fransa CAC-40-ı isə 1,8% - 4 006 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, indekslərin dinamikasına korporariv xəbərlər təsir edib. Nəticədə, bankların, IT və dağ-mədən şirkətlərinin səhmləri bahalaşıb, neft şirkətlərinin səhmləri isə ucuzlaşıb.

 

Sentyabrın 2-də Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günün nəticəsində Dow Jones indeksi 0,2% - 14 810 bəndədək, S&P 500 0,3% - 1 633 bəndədək, Nasdaq 0,8% - 3 590 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 392,3 dollar bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3192 dollar təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR