Bank Of Baku

Azərbaycan fond bazarında brokerlərin avqust renkinqinə “Paşa Kapital” liderlik edir

Azərbaycan fond bazarında brokerlərin avqust renkinqinə “Paşa Kapital” liderlik edir
# 10 sentyabr 2014 12:36 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev–APA-Economics. Avqust ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə “Paşa Kapital” MMC başçılıq edir.

 

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri  95,602 mln. manat olan broker xidmətləri göstərib.

 

İkinci yeri ümumi həcmi 38,713 mln. manat olan broker xidmətləri göstərmiş “Brokdil-AZ” MMC şirkəti tutub.

 

Renkinqdə üçüncü yerdə 35,292 mln. manatla “Texnika Kapital Menecment” MMC qərarlaşıb.

 

Brokerlərin avqust ayı üçün renkinqi:

 

Xidmətlərin həcminə görə yeri

Brokerlər

Əməliyyatlarının həcmi (AZN)

1 - (6)

Paşa Kapital MMC

95 602 160.56

2 - (3)

Brokdil-Az MMC

38 712 777.50

3 - (4)

Texnika Kapital Menecment MMC

35 291 679.29

4 - (5)

Çelsi Kapital MMC

29 906 127.37

5 - (8)

ADB-Broker MMC

11 517 801.50

6 - (9)

Yapi Kredi Invest

10 156 910.00

7 - (12)

Xalq Kapital MMC

9 089 869.00

8 - (7)

Unicapital ASC

248 326.00

(Avgust 2014) Renkinq repo əməliyyatlar istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanmışdır.

 

           

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR