Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin may ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 236 mln. 945 min 228,50 manat olan broker xidmətləri göstərib.
İkinci yeri ümumi həcmi 47 mln. 221,2 min manat olan broker xidmətləri göstərmiş "PSG-Broker" MMC şirkəti tutub. Renkinqdə üçüncü yerdə 10 mln. 587 min 673,6 manatla "Unicapital" MMC qərarlaşıb.
Brokerlərin may ayı üçün renkinqi:
|
Xidmətlərin həcminə görə yeri |
Brokerlər |
Əməliyyatlarının həcmi (AZN) |
|
1 - (2) |
Paşa Kapital MMC |
236 945 228.50 |
|
2 - (-) |
PSG-Broker MMC |
47 221 200.00 |
|
3 - (6) |
Unicapital ASC |
10 587 673.60 |
|
4 - (4) |
Brokdil-AZ MMC |
8 181 643.67 |
|
5 - (7) |
AzFinance Invest MMC |
5 006 571.62 |
|
6 - (3) |
Texnika Kapital Menecment MMC |
1 785 029.60 |
|
7 - (10) |
Xalq Kapital MMC |
689 568.16 |
|
8 - (8) |
Çelsi Kapital MMC |
412 292.40 |
|
9 - (1) |
İnterneyşnl Tranzakşn Sistem MMC |
41 408.82 |
|
10 - (11) |
ADB Broker MMC |
400.80 |
|
(May 2015) Renkinq repo əməliyyatlar istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanmışdır. |
||