Bakı. Musa Əhmədov – APA-Economics. Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 40 mln. manat təşkil edən faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
AİF-dən “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb.
Hərracda 4 investor iştirak edib.
Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 51,174 mln. manat təşkil edib.
Nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.