Bank Of Baku

Azərbaycan İpoteka Fondu 5 mln. manatlıq istiqraz yerləşdirib

Azərbaycan İpoteka Fondu 5 mln. manatlıq istiqraz yerləşdirib
# 10 iyun 2014 14:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İyunun 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

BFB-dan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar 100,9917 qiyməti ilə satışa çıxarılıb.

 

Bununla da, AİF-in təmin edilmiş istiqrazlarının 40 mln. manatlıq emissiyasının sonuncu tranşı tam yerləşdirilib.

 

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 22 yanvar 2014-cü il tarixində qeydə alınıb.

 

Bu istiqrazların yerləşdirilməsinə fevralın 11-dən başlanılıb. Emissiyanın ümumi həcmi 40 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR