Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiyməti 1 dollara yaxın azalıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən "APA-Economics"ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,65% və ya 0,97 dollar azalaraq 57,71 dollar olub.