Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 5,89% və ya 3,53 dollar artaraq 63,37 dollar olub.