Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu həftənin son iş günündə Azərbaycan nefti bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,49% və ya 0,3 dollar artaraq 61,26 dollar olub.