Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiymətində müşahidə olunan artım davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,48% və ya 0,74 dollar bahalaşaraq 50,71 dollar olub.