Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiyməti yenidən artıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,06% və ya 0,67 dollar artaraq 63,74 dollar olub.