Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən həftə keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,31% və ya 0,21 dollar enərək 66,66 dollar olub.