Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiyməti iki dollardan artıq düşüb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,4% və ya 2,21 dollar ucuzlaşaraq 62,65 dollar olub.