Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiyməti azalıb.
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən həftənin cümə günü keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,87% və ya 0,62 dollar azalaraq 69,98 dollar olub.