Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiyməti azalıb.
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,86% və ya 0,53 dollar ucuzlaşaraq 60,88 dollar olub.