Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiyməti artmaqda davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,13% və ya 0,08 dollar artaraq 58,34 dollar olub.