Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin bahalaşması davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 1,71% və ya 1,0 dollar artaraq 59,34 dollar olub.