Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən "APA-Economics"ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 2,88% və ya 1,83 dollar artaraq 65,26 dollar olub.