Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan nefti yenidən bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,83% və ya 1,16 dollar artaraq 64,53 dollar olub.