Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan neftinin qiyməti sabit qalıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən "APA-Economics"ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti ötən gündə olduğu kimi 51,24 dollar olub.