Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin ucuzlaşması davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,29% və ya 0,8 dollar ucuzlaşaraq 60,96 dollar olub.