Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti yenidən ucuzlaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,21% və ya 0,74 dollar ucuzlaşaraq 60,14 dollar olub.