Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 3,34% və ya 1,8 dollar ucuzlaşaraq 52,01 dollar olub.