Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti 1 dollardan artıq ucuzlaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 2,01% və ya 1,31 dollar ucuzlaşaraq 63,86 dollar olub.