Bakı - APA-Economics. Azərbaycanın dövlət istiqrazlarının gəlirliliyi azalıb.
"APA-Economics" xəbər verir ki, suveren istiqrazlarımız əksər MDB ölkələrininki kimi dar diapazonda ticarət olunmaqdadır. Belə ki, dövlət istiqrazlarımızın gəlirliliyi 2-3 bənd geriləyib. Həmin tendensiyanı Gürcüstan və Ermənistanın dövlət istiqrazları da göstərib.
SOCAR-ın istiqrazlarının gəlirliliyində də ciddi azalma müşahidə olunur. Dövlət şirkətinin bondlarının gəlirliliyi 7-9 bənd itirib.
Qazaxıstanın suveren istiqrazlarının gəlirliliyi isə 1-2 bənd itirib.
Rusiyanın suveren istiqrazlarının gəlirliliyində ciddi dəyişiklik yoxdur.