Bank Of Baku

Azərbaycanda daha bir lizinq şirkəti kapitalını artırır

Azərbaycanda daha bir lizinq şirkəti kapitalını artırır
# 11 dekabr 2014 07:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Union Lizinq” ASC nizamnamə kapitalını 10 dəfə - 40 min manata qədər artırır.

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, şirkətin nizamnamə kapitalının artırılması səhmlərin nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Bir qiymətli kağızın nominal dəyəri 1 min manatdan 10 min manata qədər artacaq.

 

Şirkətin nizamnamə kapitalı 4 min ədəd səhmə bölünüb.

 

Yerləşdirmə baş tutduğu halda, “Union Lizinq” ASC-nin nizamnamə kapitalı 40 min manata çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR