Bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5% artaraq 97,5 mln. manat olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,8% artaraq 39,9 mln. manat olub.