Bakı. Musa Əhmədov – APA-Economics. Sabahdan “Kred Aqro” BOKT QSC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının “Bakı Fond Birjası” QSC-də yerləşdirilməsinə başlanılır.
QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 250 manat, sayı 12 000 ədəd, emissiyanın ümumi həcmi isə 3 000 000 manat təşkil edir.
İstiqrazlar illik 14%-lə yerləşdiriləcək.
Yerləşdirmədə anderrayter kimi “Invest -AZ” MMC çıxış edəcək.