Bakı. Yeganə Laçınzadə - APA-Economics. “FİNOKO" bank olmayan kredit təşkilatı istiqraz emissiyasına hazırlaşır.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 000 dollar olan 750 ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınıb. Emissiyanın həcmi 750 min dollar, istiqrazIn tədavül müddəti 3 il, istiqraz üzrə gəlirlilik isə 15% təşkil edir.
Yerləşdirmədə anderrayter kimi “Unicapital” ASC çıxış edəcək.