Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Pro Kredit" bank olmayan kredit təşkilatı istiqraz emissiyasına hazırlaşır.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 400 min manat, yerləşdiriləcək istiqrazların sayı 400 ədəd, bir istiqrazın nominal dəyəri isə 1 000 manatdır. İstiqrazların tədavül müddəti 730 gün, istiqraz üzrə gəlirlilik isə 12% təşkil edir.
Yerləşdirmədə anderrayter kimi “Çelsi Kapital” MMC çıxış edəcək.