Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Merkuri" MMC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından "APA-Economics"ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 3 000 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir. İstiqrazlar tədavül müddəti 1 800 gün, istiqraz üzrə gəlirlilik isə 15% təşkil edir.
Yerləşdirmədə anderrayter kimi "Texnika Kapital Menecment" MMC çıxış edəcək.