Bank Of Baku

Azərbaycanın əksər əsas ticarət tərəfdaşlarının milli valyutası manata qarşı möhkəmlənib

Azərbaycanın əksər əsas ticarət tərəfdaşlarının milli valyutası manata qarşı möhkəmlənib
# 09 iyun 2016 07:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% möhkəmlənərək 1,5084 manat təşkil edib.
 

Avro da manata qarşı möhkəmlənib. Avrozonanın vahid valyutası manata nisbətən 0,46% bahalaşaraq 1,7203 manata çatıb.
 

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 1,29% möhkəmlənərək 0,0236 manat olub.
 

Türkiyə lirəsi də manata nisbətən güclənib. Belə ki, qardaş ölkənin milli valyutası 0,42% güclənərək 0,5217 manata çatıb.
 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1878 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,14%-lik eniş nümayiş etdirib.

 

Gürcüstan larisi isə 0,04% ucuzlaşaraq 0,7098 manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR