Bakı – APA-Economics. “PAŞA Bank” qiymətli kağızların onlayn sifarişi sistemini yaradır.
Bankdan “APA-Economics”ə verilən məlumatına görə, investorlar qiymətli kağızları evdə və işdə olarkən kompüter, planşet və digər cihazlardan istifadə edərək alıb-sata biləcək.
Əqdlər Bakı Fond Birjası (BFB) vasitəsilə həyata keçiriləcək.
İnvestorlar sifarişlərini “Asan imza” və “elektron imza” vasitəsilə təsdiq edə biləcək.
Yenilik bu ilin sonunda istifadəyə veriləcək.
Qeyd edək ki, “PAŞA Bank” qiymətli kağızlar bazarında “PAŞA Kapital” şirkəti ilə təmsil olunur.