Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fevralın 2-dən etibarən Bakı Fond Birjasında “Finans Lizinq” ASC-nin adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 725 min manat, yerləşdiriləcək istiqrazların sayı 1 450 ədəd, bir istiqrazın nominal dəyəri isə 500 manatdır. İstiqrazların tədavül müddəti 720 gün , istiqraz üzrə gəlirlilik isə 14 % təşkil edir.
Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək.