Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Bakı Fond Birjası” QSC-də “Finans Lizinq” ASC-nin adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılıb.
“Bakı Fond Birjası”ndan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 600 min dollar, yerləşdiriləcək istiqrazların sayı 1 200 ədəd, bir istiqrazın nominal dəyəri isə 500 dollardır. İstiqrazların tədavül müddəti 720 gün, istiqraz üzrə gəlirlilik isə 14% təşkil edir.
Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək.