Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fevralın 24-də Bakı Fond Birjasında “Unileasing” QSC-nin adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq.
“Bakı Fond Birjası”ndan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 5 mln. dollar, yerləşdiriləcək istiqrazların sayı 5 000 ədəd, bir istiqrazın nominal dəyəri isə 1 000 dollardır. İstiqrazların tədavül müddəti 3 il, istiqraz üzrə gəlirlilik isə 12% təşkil edir.
Yerləşdirmədə anderrayter kimi “Unicapital” ASC çıxış edəcək.