Bank Of Baku

Bakı Fond Birjasına yeni üzv qəbul edilib

Bakı Fond Birjasına yeni üzv qəbul edilib
# 02 mart 2015 14:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gündən etibarən “AzFinance İnvest MMC”  Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul edilib.

 

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, bu gün BFB-nin İdarə Heyətinin müavini Vüqar Namazov tərəfindən üzvlüklə bağlı şəhadətnamə şirkətin direktoru Abid Məmmədova təqdim edilib.

 

Hazırda BFB-nin “AzFinance İnvest MMC” də daxil olmaqla 14 fəal üzvü var.

 

Qeyd edək ki, “AzFinance İnvest MMC” şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2014-cü il aprelin 7-də verilmiş diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir. Hal-Hazırda şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR