Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi 2,5 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2,5 dəfə artıb
# 10 iyun 2014 12:26 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 5,996 mlrd. manat təşkil edib.

 

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, korporativ qiymətli kağızların həcmi 2 mlrd. 37,451 mln. manat və ya qiymətli kağızlar bazarının 39,6%-ni təşkil edib. Ötən ay ərzində dövlət qiymətli kağızlar bazarının həcmi isə 3 mlrd. 985,803 mln. manat və ya ümumi bazarın 61,4%-ni təşkil edib.

 

Dövlət qiymətli kağızlar bazarına nəzər salsaq görərik ki, hesabat dövründə REPO əməliyyatlarının həcmi 3 mlrd. 511,24 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə və ya 1,55 mlrd. manat çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR